Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclası keçirilib
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclası keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, plenar iclasda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.
Plenar iclasın işini Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin davam etdiriblər.
İclasın sonunda Rusiya və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. Bunların arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair və Azərbaycan və Rusiya İşgüzar Şuraları arasında turizm və turizm alyansının təsis edilməsi haqqında sazişlər də var.
Sonda Mikayıl Cabbarov və Maksim Oreşkin Rusiya-Azərbaycan Regionlararası forumunun yekunları ilə bağlı çıxış ediblər.
Nazirlər Forumun yekununu müsbət qiymətləndiriblər.
Oxşar xəbərlər
Mehriban Əliyeva Rusiya-Azərbaycan Regionlararası Forumun plenar iclasında iştirak edir
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin "Kosmos" pavilyonunda X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclası öz işinə başlayıb. BA...