Dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı: "TRT Haber"dən xüsusi REPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Türkiyənin "TRT Haber" telekanalı Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə xüsusi reportaj yayımlayıb. Reportajda Azərbaycan xalqının ölkəmizin suverenliyi və ərazi bütövlüyünü qorumaq əzmindən bəhs edilir, 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazanılmış şanlı qələbəyə diqqət çəkilir. Qeyd olunur ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və olacaq.
"Ermənistan Zəngəzur dəhlizinin adını dəyişmək istəyir: Nikol Paşinyan nə təklif edir?" başlıqlı məqalə "Komsomolskaya Pravda" nəşrində yer alıb. Mənbə yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan, Türkiyə və Azərbaycan arasında məhəkdaşı olan Zəngəzur dəhlizinin adını dəyişmək istədiyini ifadə edib. Onun fikrincə, yeni ad "Sülhün kəsişməsi" olacaq. Nikol Paşinyanın sözlərinə görə, bu, ərazidən ədalətli və dinc şəkildə istifadə istəyini özündə əks etdirəcək.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...