Sevgidə tez alışıb, tez sönən 4 bürc

Astroloqlara görə, bəzi bürclər sevgidə tez alışır, amma bir o qədər də tez soyuyur. Onlar uzunmüddətli münasibətlərə davam gətirə bilmirlər.
BAKU.WS xəbər verir ki, belə bürclər üçün sevgililik dövrü nadir hallarda 6 ayı keçir.
Əkizlər bürcü dəyişkən və enerjili xarakteri ilə tanınır. Flört etməyi sevir, hər zaman yenilik axtarır. Lakin bu xüsusiyyətlər uzunmüddətli münasibətlərdə çətinlik yaradır. Marağını tez itirdiyi üçün bir münasibətə uzun müddət davam edə bilmir. Hər gün fərqli davranması qarşı tərəfdə çaşqınlıq yarada bilər.
Qoçlar ehtiraslı və sürətli şəkildə aşiq olurlar. Ancaq bu münasibət eyni sürətlə də sona çata bilər. Onlar üçün münasibətdə həyəcan və macəra vacibdir. Əgər münasibət monotonlaşırsa və ya qarşı tərəf marağını itirirsə, Qoç ilk olaraq uzaqlaşan tərəf olur. Onlar "ya tam olsun, ya heç" prinsipiylə yaşayırlar.
Oxatan bürcü azadlığına düşkündür. Ciddi və məhdudlaşdırıcı münasibətlər onun üçün uyğun deyil. Romantik olsa da, münasibət çox ciddiləşəndə uzaqlaşmağa başlayır. Səyyah ruhu, macəra və spontan həyat tərzi sabit münasibətlərə imkan vermir.
Dolçalar soyuqqanlı və azadlığı sevən bürclərdəndir. Onlar hisslərini açıq şəkildə ifadə etmirlər. Bu isə qarşı tərəfin özünü tənha hiss etməsinə səbəb ola bilər. Dolçalar üçün emosional yaxınlıq qorxuducu ola bilər. Münasibət duyğusal dərinlik qazandıqda geri çəkilirlər və 6 ay sonra əlaqəni kəsmələri mümkündür.
Oxşar xəbərlər
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Bu barədə BAKU.WS-ə xidm...
