Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri arasında görüş keçirilib - FOTO

22
yan
2019
18:14
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub.BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin həyata keçirdiyi mühüm qlobal layihələrin əhəmiyyəti qeyd edildi, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Məlumat Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.BAKU.WS

Oxşar xəbərlər
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Sentyabrın 15-də Bakıya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü olub.BAKU.WS-in m...