VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib.

BAKU.WS xəbər verir ki, məktubda dövlətimizin başçısı Fransada baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev baş vermiş faciə ilə əlaqədar Fransa dövlətinin başçısına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
 
BAKU.WS