Nepaldakı faciədə həlak olanların sayı artıb

Nepaldakı faciədə həlak olanların sayı artıb
Dünya 34

Çinin Tibet Muxtar Bölgəsi ilə sərhəddə yerləşən Nepalda baş verən dağıdıcı torpaq sürüşməsi və ardınca gələn güclü daşqın nəticəsində həyatını itirənlərin sayı 1 386 nəfərə çatıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Çin Mərkəzi Televiziyasının Nepal hakimiyyətinə istinadən yaydığı məlumata görə, faciə qurbanlarının sayı durmadan artır və hələ də 5 100-dən çox insan itkin düşmüş hesab olunur.

Xatırladaq ki, fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. Hadisəyə səbəb nəhəng dağ uçqunu olub. Dağ süxurlarından ibarət güclü axın çay yatağı boyunca böyük sürətlə 70 kilometrdən çox məsafə qət edərək geniş əraziləri su altında qoyub. Fəlakətin miqyası sərhəddin o biri tərəfindən də yan keçməyib - Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşüb.

Xilasetmə qrupları ərazidə axtarış-xilasetmə əməliyyatlarını çətin şəraitdə davam etdirirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər