300 Donbass separatçısı Qarabağa göndərilmək üçün təlim keçir
300-ə yaxın Donbass separatçısı Dağlıq Qarabağda ola biləcək hərbi əməliyyatlarda iştirak edəcək. ANS PRESS-in məlumatına görə, bunu Ukrayna Ali Radasının deputatı Dmitri Tımçuk Facebook səhifəsində paylaşıb.
O, separatçılar haqqında böyük məqalə çap edib. Bu yazıda qalmaqalla səbəb ola biləcək açıqlamalar da yer alıb. Belə ki, ukraynalı deputat yazıb ki, Donetsk vilayətinin Xartsızk rayonundan Rusiyanın Sankt-Peterburq yaxınlığındakı bazasına 300-ə yaxın silahlı göndərilib.Onlar əsasən Dombas sakinləridir.
Əsasən atıcılardan və minaaxtaranlardan ibarət olan dəstə qondarma "Donetsk Xalq Resublikasının” 1-ci "ordu korpusunda” xidmət edib. "Döyüşçülərin əynində Rusiyaya məxsus kamuflyaj geyimləri olub.
Geyimlərin üzərində isə tünd yaşıl iki lentli bayraq əksi olub. Bayrağın üzərinə isə erməni dilində yazı olub. Onlar Rusiya ərazisindəki bazada təlim keçəçəck, sonra isə Qarabağdakı hərbi əməliyyatlarda iştriak edəcəklər. Bu komandanın daşınması isə "55" və "23" taktiki işarələr olan "Ural" maşınları ilə həyata keçirilir".
Aprel döyüşlərindən sonra PKK terrorçulaçrının da Azərbaycanın işğal altında olan ərazilərinə cəmlənməsi barədə məlumat yayılmışdı.
Yaşlıları belə məcburi şəkildə təmas xəttinə yığmağa başlayan Ermənistan öz istəyinə nail ola bilmədiyini görəndə terror təşkilatlarına üz tutub. PKK terror təşkilatı Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Həmin terrorçular Kandil dağı və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçiblər.
Qarabağda vəziyyət gərginləşdiyi üçün terrorçular da Azərbaycanın işğal altında olan bölgələrinə göndəriliblər. Məlumata görə, Dağlıq Qarabağagöndərilən ermənilər Azərbaycanın 3 rayonunda yerləşdirilib. Bunlar Şuşa,Laçın və Kəlbəcərdir. Buradan isə təmas xəttinə daha yaxın olan və döyüşlər gedən Ağdam, Cəbrayıl, Zəngilan və Füzuliyə göndəriliblər.
BAKU.WS
Oxşar xəbərlər
Sərkisyan cinayətkarları həbsxanadan Qarabağa göndərib
Ermənistan prezidenti Serj Sərkisyanın fərmanı ilə 8 cinayətkar əfv olunub və həbsxanadan Qarabağa göndərilib. Virtualaz.org xəbər verir ki, bu barədə A1plus....