Rəsmi Moskvadan Qarabağın taleyi haqqında açıqlama

Rəsmi Moskvadan Qarabağın taleyi haqqında açıqlama
Siyasət 3065

 

"Moskva Qarabağda münaqişənin tərəflərinin ağıllı addımlar atacağına ümid edir".

BAKU.WS-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Ermənistan Qarabağın "müstəqiliyini" Moskva ilə müzakirə etməyib. 

Peskov bildirib ki, Ermənistan hökumətinin "Dağlıq Qarabağ Respublikası"nın tanınması haqqında qanun layihəsini çox diqqətlə müşahidə edirik: "Sözsüz ki, biz əvvəlki kimi güman edir ki, tərəflər atəşkəsi poza biləcək və bütovlükdə Dağlıq Qarabağda gərginliyin eskalasiyasına gətirib çıxara biləcək addımlar atmayacaq". 

Qeyd edək ki, Ermənistan Respublikasının hökuməti cari ilin 5 mayında keçiriləcək iclasında "Dağlıq Qarabağın müstəqilliyinin tanınması” adlandırılan qanun layihəsini nəzərdən keçirmək niyyətindədir. Ermənistan hökuməti qanun layihəsini təsdiqləyərək müzakirə olunması üçün parlamentə göndərib. 

Qanun layihəsi müxalifətçi deputat Zarui Postancyan və Qrant Baqratyan hazırlayıb.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər