SİZİN REKLAM BURADA!
055 213 76 73



"Daxili İşlər Nazirliyi sistemində neqativ əməllər törədən əməkdaşlar və onların rəhbərliyi barədə ciddi tədbirlər görüləcək”.


BAKU.WS
-in məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dünən keçirilən Kollegiya iclasında bildirib. Daxili işlər naziri Ramil Usubov prezident İlham Əliyevin sədrliyi iə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının proqram xarakterli nitqində respublikamızda sabitliyin, əmin-amanlığın hökm sürdüyünü vurğulamasının qürurverici olduğunu, bu işdə onun rəhbərliyi ilə respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da danılmaz xidmətini diqqətə çatdırıb. Həmin iclasda dövlət başçısının prinsipial mövqeyini xatırladan nazir sahibkarlıq fəaliyyətinə müdaxilənin, vətəndaşlarla münasibətdə kobudluq, süründürməçilik və korrupsiya halların yolverilməz olduğunu bildirib.


Qarşıdan dövlət əhəmiyyətli mühüm tədbirin-növbəti parlament seçkilərinin gəldiyini xatırladan Ramil Usubov hər bir əməkdaşın qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.


O, bir daha qeyd edib ki, Azərbaycanda sabitliyi, əmin-amanlığı pozmaq, qarışıqlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələrin qarşısı qanunların verdiyi imkanlar çərçivəsində ən sərt, qətiyyətli şəkildə alınacaqdır.

Ziya Səccad

BAKU.WS