Deputatlığa namizədliyi qeydə alınan şəxslərin sayı AÇIQLANDI

24
iyl
2024
10:57
1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 31 nəfərin namizədliyi qeydə alınıb.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, 950-ə yaxın müşahidəçi qeydə alınıb.
"26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600-dən çox səlahiyyətli nümayəndəsi qeydə alınıb",- deyə o bildirib.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...
