Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib: Mediamız azad, demokratikdir - FOTO
Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X"də yazıb.
O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çatışmır:
"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur".
Xatırladaq ki, Ferqus Auld "X"də paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...