NATO baş katibi: “Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var”
17
mar
2024
23:33
“Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir”.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
“Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”, - deyən baş katib qeyd edib ki, uzun illərin münaqişəsindən sonra Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...