SİZİN REKLAM BURADA!
055 213 76 73


“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, tədbirlə əlaqədar yaradılmış Təşkilat Komitəsinə yeni üzvlər əlavə ediliblər:

Xanlar Ağalarov – Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri

Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri

Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi

Mehriban İmanova – Azərbaycan Elm Fondunun İcraçı direktoru

Məryəm Məcidova – Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri

Natəvan Məmmədova – Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi

Nigar Məmmədova – “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru

Şəbnəm Məmmədova – “SmartNation” platformasının təsisçisi

İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Samirə Musayeva – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini

Rövşən Nəcəf – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Ruslan Sadıqov – Bakı “Ağ Şəhər” layihəsinin baş direktoru

İnarə Vəliyeva – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri

Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Bundan başqa, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Təşkilat Komitəsi üzvlüyündən çıxarılıb.

BAKU.WS