SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyanın “Leonardo” şirkətinin sədri Stefano Pontekorvodan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
 
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
 
"Zati-aliləri.
 
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə “Leonardo” şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
 
Sizin zəngin təcrübəniz və peşəkar bacarıqlarınız sayəsində əminəm ki, İtaliya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.
 
Zati-alinizə yeni prezidentlik dönəmində davamlı uğurlar və firavanlıq arzulayıram. “Leonardo” şirkəti ölkənizlə davamlı əlaqələrə görə böyük qürur hissi keçirir və əmin olun ki, əməkdaşlığın genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.
 
Sizinlə şəxsən görüşməyi səbirsizliklə gözləyirəm. Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
 
*** 15:58
 
Amerika Birləşmiş Ştatlarının “Exxon Mobil” Korporasiyasının sədri və baş icraçı direktoru Darren Vudsdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
 
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
 
"Hörmətli cənab Prezident.
 
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Exxon Mobil” Korporasiyası adından Sizi səmimi-qəlbdən təbrik edir, davamlı uğurlar diləyir, eləcə də Azərbaycan xalqının firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı çatdırıram.
 
Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da neft və qaz sektorunda öz aparıcı rolunu davam etdirəcək. “Exxon Mobil” Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığını yüksək qiymətləndirir. Biz birlikdə dünyanın etibarlı və sərfəli enerjiyə olan tələbatını qarşılamağa kömək edə və eyni zamanda, istixana qazı emissiyalarının azaldılması istiqamətində işləyə bilərik.
 
Bu iki çağırış COP29 müzakirələri zamanı diqqət mərkəzində olacaq və mən Azərbaycan Respublikasına bu mühüm qlobal dialoqa ev sahibliyi etməklə bağlı ən xoş arzularımı bildirirəm.
 
Sizi bir daha təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına daha parlaq gələcək arzulayıram".
*** 11:09
Estoniya Prezidenti Alar Karis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
BAKU.WS-in məlumatına görə, məktubda deyilir:
 
"Zati-aliləri.
 
Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
 
Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər böyük əhəmiyyət kəsb edir. Məmnuniyyət hissi ilə bildirirəm ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı anlaşma və ölkələrimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət kimi möhkəm təməl üzərində qurulub.
 
Qarşıdakı illərdə Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
 
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
BAKU.WS