Olaf Şolts: Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır
17
fev
2024
22:50
Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına hər cür dəstəyi verməyə hazırdır. Mən bunu hər iki ölkə ilə aparılan danışıqlarda da vurğuladım”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...