Omanın Sultanı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
14
fev
2024
18:54
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Sizin yeni prezidentlik dövrünüzdə xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərimizi daha da gücləndirmək niyyətimizi bir daha bildirirəm.
Dost Azərbaycanın və onun xalqının daha çox tərəqqi və firavanlığı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyevə təbriklər gəlməyə davam edir - YENİLƏNİB
Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. BAKU.WS xəbər verir ki, məktu...