SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsi ilə əlaqədar imzalanıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, hökumətin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi kabinetin əvvəlki tərkibinə həvalə edilib.

BAKU.WS