MSK prezident seçkisinin nəticələrinə dair protokolu təsdiqləyib - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu məsələ MSK-nın bugünkü iclasının gündəliyində müzakirəyə çıxarılıb.
***16:06
Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı iclası keçiriləcək.
BAKU.WS Report-a istinadən xəbər verir ki, MSK prezident seçkilərinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək.
Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...