ABŞ-də səsvermə seçici fəallığı ilə başa çatıb - FOTO
08
fev
2024
06:58
Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin ABŞ-nin paytaxtı Vaşinqtondakı səfirliyində keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Bu barədə Azərbaycanın Vaşinqtondakı konsulu Ceyhun Novruzov "Report"un ABŞ bürosuna açıqlamasında deyib.
Diplomat bildirib ki, ABŞ-də yaşayan və fəaliyyət göstərən 217 nəfər seçici səsvermədə iştirak edib: "Seçicilərin fəallığı baxımından səsvermə çox yüksək səviyyədə keçib. Səsvermə rəsmi olaraq başa çatdı və bundan sonrakı mərhələ səslərin sayılması prosesidir".
Oxşar xəbərlər
Cənubi Koreyada Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
Növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə...