Azərbaycanın Almaniyadakı səfirliyində seçici aktivliyi müşahidə olunub
08
fev
2024
00:55
Fevralın 7-də Almaniyanın Berlin şəhərində növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılmış 17 saylı Yasamal III seçki dairəsi üzrə 42 saylı seçki məntəqəsi saat 19:00-da bağlanıb.
AZƏRTAC xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindəki səsvermədə seçici aktivliyi müşahidə olunub.
Səsvermədə qanun pozuntuları müşahidə olunmayıb, ölkədə yaşayan Azərbaycan vətəndaşları sərbəst şəkildə öz səsvermə hüququndan istifadə ediblər.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...