SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə indiyədək 1300-dən çox seçici səs verib.

Bu barədə Report-a məntəqə seçki komissiyalarından bildirilib.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 80 saylı məntəqəsinin sədri Ələsgər Allahverdiyev qeyd edib ki, məntəqədə 1 184 nəfər səs verə bilər.

O bildirib ki, 1000 nəfər artıq səsvermə hüququndan istifadə edib: "Seçici aktivliyi müşahidə olunur. Heç bir qanun pozuntusu qeydə alınmayıb və seçki öz qaydasında davam edir".

81 saylı seçki məntəqəsinin sədri Malik Hacıyev isə qeyd edib ki, məntəqədə 419 nəfər seçici qeydiyyatdadır və indiyədək 300-dən artıq səs verən var.

BAKU.WS