Nazir: "Mina xəritələri çox həssas məqamdır"
27
yan
2024
14:02
Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi:
"Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilməməsini deməyi absurddur. 480 km uzunluqda, 2 km dərinlikdə 960 kv.km ərazi son 3 il ərzində tamamilə minalanıb".
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...