SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Karantin qaydalarının sərtləşdirilməsi yaxud yumşaldılması birbaşa epidemioloji vəziyyətə bağlıdır, bu, heç kəsin arzu-istəyi ilə olmur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/116268

Müqəddəs Ramazan ayının daxil olmasına sayılı günlər qalır. Əfsuslar olsun ki, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edəcək. Mövcud vəziyyətə uyğun olaraq Ramazan ayının ayinləri karantin rejminin şəraiti nəzərə alınmaqla həyata keçiriləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/116269

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/116280

Azərbaycanda koronavirus infeksiyasına gündəlik yoluxanların sayı 2500 nəfərə yaxınlaşır. Son rəqəmlərə əsasən, ölkədə aktiv xəstələrin sayı 31 mindən çoxdur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/116282

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/116281

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/116317

Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını vətən uğrunda qurban veriblər. Təsəlli odur ki, torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik. Düşməni torpaqlarımızdan qovduq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/116320

BAKU.WS