10 dəqiqəlik milyonçu qız: Sənə verilən bütün şanslardan istifadə etməlisən, ancaq... - FOTO

23
iyl
2018
13:15
ABŞ-ın Massaçusets ştatının Boston şəhərinin sakini 10 dəqiqəli milyoner olub. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, iyulun 18-də 26 yaşlı Ellen Fleminq “TD Ameritrade” şirkətinin əməkdaşından gələn səsli mesada hesabına məbləğin yatırılması ilə bağlı məlumat təqdim edilib. O, hesabına baxdığı zaman burada milyon dollardan çox pul olduğunu görüb. Fleminq pulları gizli saxlamağa istəyini etiraf edib: “Sənə verilən bütün şanslardan istifadə etməlisən. Ancaq bu şans məni federal həbsxanaya apara bilərdi. Buna dəyməzdi”. Ellen anası ilə məsləhətləşdikdən sonra həmin şirkətə zəng edərək səhvən hesabına yatırılan milyon barədə məlumat verib. Şirkətdən bildirilib ki, pullar şirkətin eyni ad və soyad daşıyan Floridadakı əməkdaşına çatmalı imiş. Artıq 10 dəqiqədən sonra onun hesabında 63 dollar qalıb. Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər
19 yaşlı gənc - “Özlərini ağıllı sayan elm adamları, varlana bilmirsizsə, bu sizin günahınızdır” FOTO
Almaniyada yaşayan 19 yaşlı Erik Finman qısa zaman ərzində varlanıb.BAKU.WS xəbər verir ki, 19 yaşlı gənc hazırda 1,5 milyon dollar sahibidir. O, bu pulu çox as...
