Kazım Abdullayev: "Ramiz Novruzun arzuları var idi, yarıda qaldı"

Kazım Abdullayev: Ramiz Novruzun arzuları var idi, yarıda qaldı
Mədəniyyət 93

Xalq artisti Ramiz Novruz 68 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, hazırda mərhumla onun Yeni Yasamaldakı evində vida mərasimi keçirilir.

Mərasimdə aktyorun ailə üzvləri, yaxınları və sənət aləminin tanınmış simaları iştirak edirlər. Onlardan biri də Ramiz Novruzun həmkarı Xalq artisti Kazım Abdullayevdir.

O, BAKU.WS-ə açıqlamasında Xalq artisti ilə bağlı xatirələrini danışaraq həmkarının arzularının yarım qaldığını deyib:

“Bir həftə bundan əvvəl danışdıq. Ona zəng etdim. Səhhəti çox pis idi. Arada düzəlmişdi. Tamaşalara gəlirdi. Səhhəti imkan verdiyi qədərilə son tamaşada da oynadı. Çox heyif. Həyatdır. Bir gün gələn bir gün gedir. Onun arzuları var idi. Yarım qaldı”.

Xatırladaq ki, Ramiz Novruz uzun müddət ərzində mədə xərçəngindən əziyyət çəkib. O, bu gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər