Ramiz Novruzdan danışan həmkarı: "Özü ilə bağlı bizə ürək-dirək verirdi, "hər şey yaxşı olacaq" deyirdi"

Ramiz Novruzdan danışan həmkarı: Özü ilə bağlı bizə ürək-dirək verirdi, hər şey yaxşı olacaq deyirdi
Mədəniyyət 113

"Bir dəfə yolda onu gördüm, təxminən bir ay əvvəl olardı. Teatra gedirdi. Ona yolu keçməyə kömək etdim. Onda gördüm ki, artıq səhhəti yaxşı deyil".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Əməkdar artist Elşən Rüstəmov deyib.

Hazırda Xalq artisti Ramiz Novruzun Yeni Yasamaldakı evində, vida mərasimində iştirak edən aktyor həmkarının çox pozitiv insan olduğunu və onun vəfatına görə kədərləndiyini bildirib:

“Çox nikbin insan idi. Heç vaxt səhhəti ilə bağlı nəsə bəlli etmirdi. Gənclərə dəstək idi. Özü ilə bağlı bizə ürək dirək verirdi ki, hər şey yaxşı olacaq. Ona görə onun xəstəliyini heç vaxt yadına salmırdım”.

Məlumat üçün bildirək ki, Xalq artisti Ramiz Novruz 68 yaşında mədə xərçəngindən vəfat edib. O, çəkisi az olduğu üçün efirlərdə iştirak etmirdi. Ramiz Novruz 1955-ci ilin mayın 25-də Biləsuvarın Səmədabad qəsəbəsində anadan olub. Ramiz Novruz teatr sənətindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Son xəbərlər