Mədəniyyət xadimlərindən ordumuza DƏSTƏK
Məlum olduğu kimi, sentabrın 27-də Ermənistan silahlı qüvvələri yenidən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Xain düşmənin təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi və hərbçilərimiz arasında həlak olanlar və yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin!
BAKU.WS xəbər verir ki, bu barədə mədəniyyət xadimləri müraciət ünvanlayıblar.
Müraciətdə deyilir:
Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılanır.
Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və təxribatları nəticəsində ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir.
Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi və çoxsaylı mədəniyyət sərvətimiz talan və məhv edilmişdir.
Ermənistanın Azərbaycan və dünya mədəniyyətinə qarşı vandalizm aktları “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına, “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.
BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılıq və təcavüzkar fəaliyyətləri davam edir.
Belə həssas zamanda mənfur düşmən dövlətimizə qarşı aktiv və provakativ informasiya müharibəsi aparır. Ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxır, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.
Hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə çağırırıq.
Azərbaycan xalqı öz çoxminillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır.
Unutmayaq ki, tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.
Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!
Biz birlikdə güclüyük! Zəfər bizimlədir!
Tahir Salahov – SSRİ və Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentiZeynəb Xanlarova – SSRİ və Azərbaycanın Xalq artistiFidan Qasımova – SSRİ və Azərbaycanın Xalq artistiFərhad Bədəlbəyli – SSRİ və Azərbaycanın Xalq artistiÖmər Eldarov- Xalq rəssamı, ADRA rektoru, akademikFərhad Xəlilov – Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədriAzərpaşa Nemətov- Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, rejissorFirəngiz Əlizadə – Bəstəkarlar İttifaqının sədri, Xalq artistiAnar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısıŞəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, İttifaqının sədri, Xalq artistiMəhərrəm Qasımlı – Əməkdar Elm Xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri Elçin Əfəndiyev - Xalq yazıçısıKamal Abdullayev -Xalq yazıçısıÇingiz Abdullayev- Xalq yazıçısıNəriman Həsənzadə-Xalq şairiAfaq Məsud-Xalq yazıçısıRamiz Rövşən -Xalq şairiMövlud Süleymanlı -Xalq yazıçısıSabir Rüstəmxanlı -Xalq şairiVahid Əziz - Xalq şairiArif Babayev - Xalq artisti, xanəndəƏlibaba Məmmədov - Xalq artisti, xanəndəXuraman Qasımova – Xalq artisti, opera müğənnisiTofiq Bakıxanov- Xalq artisti, bəstəkarRauf Abdullayev - Xalq artisti, dirijorSiyavuş Kərimi - Xalq artisti, bəstəkarFərəc Qarayev - Xalq artisti, bəstəkarEldar Quliyev - Xalq artistiOqtay Mir-Qasım- Xalq artistiRamiz Fətəliyev - Xalq artisti Aydın Kazımzadə - Xalq artistiVasif Babayev- Xalq artisti Vaqif Mustafayev- Xalq artisti Rasim Balayev- Xalq artistiHəmidə Ömərova- Xalq artistiNatiq Rəsulzadə- Xalq yazıçısı, kinodramaturqSərdar Fərəcov - Xalq artisti, bəstəkarFaiq Sucəddinov - Xalq artisti, bəstəkarRəfiqə Axundova - Xalq artisti, baletmeysterMaqsud Məmmədov - Xalq artisti, baletmeysterFəxrəddin Kərimov - Xalq artisti, dirijorRamiz Quliyev - Xalq artisti, tarzənAzər Zeynalov - Xalq artisti, opera müğənnisiAlim Qasımov - Xalq artisti, xanəndəMənsum İbrahimov - Xalq artisti, xanəndəElçin Əzizov - Xalq artisti, vokalçı
Oxşar xəbərlər
“Bazar və yeməkxana mədəniyyəti…” - Fazil Mustafa Əbülfəs Qarayevi “topa” tutdu
“Yaşadığım Zabrat qəsəbəsində Sovet dövründə, bəlkə də ondan əvvəl tikilmiş əzəmətli bir Mədəniyyət Evi var. İllərdir bu köhnə, içərisi uçulub tökülmüş, pəncərə...