VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət bundan əvvəl İctimai Televiziyanın “Eurovision”da iştirakla bağlı Rusiyanın məşhur əkizləri, əslən Azərbaycandan olan Rauf və Faiq Mirzəyevə müraciət etməsi barədə xəbər yayılmışdı. 

BAKU.WS xəbər verir ki, qardaşların meneceri müsabiqənin ölkəmiz üzrə fan tərəfdaşı “İnfe Azerbaijan”a açıqlamasında belə bir müraciətin və ya təklifin olmadığını bildirib. 

Açıqlamada qeyd olunub ki, İTV əkizlərin Rotterdamda iştirakı barədə təklif irəli sürməyib.

Qeyd edək ki, birinci kanal 2014-cü ildən etibarən təmsilçimizi daxili seçim ilə müəyyənləşdirir.

Xatırladaq ki, Mirzəyev qardaşları 1999-cu ildə İjevskdə anadan olublar. Onlar “Детство” mahnısı ilə populyarlıq qazanıblar. Qardaşların bu ifası 1 il ərzində “Youtube”da 215 milyondan çox dinlənib, klipləri isə 6 ay ərzində 15 milyon dəfə baxılıb.

BAKU.WS