Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür edib
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
M. Cabbarov Prezident İlham Əliyevin səmimi salamlarını Q. Berdiməhəmmədova çatdırıb.
Öz növbəsində, Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan Prezidentinə ən xoş arzularını ifadə edib və iki dost dövlət arasında durmadan dərinləşən qarşılıqlı əlaqələrin önəmini vurğulayıb. O, Türkmənistan və Azərbaycan arasında əlaqələrin ənənəvi qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini bildirib.
Görüş zamanı qeyd olunub ki, Türkmənistan Azərbaycan ilə dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.
Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana ötən ay etdiyi dövlət səfərinin əhəmiyyətinə toxunulub.
Q. Berdiməhəmmədov səfərdə Türkmənistan hədiyyə edilən "Dostlug" neftdaşıyan tankerinə görə Azərbaycan tərəfinə bir daha öz minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Şuşa rayonunun Kiçik Qaladərəsi, Xocavənd rayo...