İlin ilk 6 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb
08
iyl
2026
12:00
İlin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 780 nikah qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Həmin nikahlarda Azərbaycan vətəndaşlarından 369-u qadın, 411-i isə kişi olub.
Qeyd edək ki. ötən ilin müvafiq dövründə isə 480-i qadın, 600-ü kişi olmaqla 1080 nəfər Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.
Oxşar xəbərlər
Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək
Qırğızıstan parlamentində oktyabrın 19-20-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclası və Assambleya Şurasının iclası keçiriləcək....