Azərbaycanlı cütlük rəqsi ilə heyran etdi - VİDEO

Azərbaycanlı cütlük rəqsi ilə heyran etdi - VİDEO
Video
Mədəniyyət 1189

Azərbaycanlı rəqqaslar Eldar Cəfərov və Anna Sajina Avstriyada peşəkarlar arasında keçirilən “WDC World Championship Professional Ballroom Showdance 2019” şou üslublu bal rəqsləri üzrə dünya çempionatının qalibi olublar.

BAKU.WS xəbər verir ki, çempionatda dünyanın ən yaxşı rəqqası adı uğrunda Avstriya, Almaniya, Böyük Britaniya, Yaponiya, Rusiya, Ukrayna, ABŞ və bir sıra digər ökələrdən olan peşəkar cütlüklər mübarizə aparıb.

Azərbaycanlı duet məşhur xoreoqraf Tələt Tarsinovun quruluş verdiyi “Artist” adlı rəqs nömrəsilə münsiflər heyəti və tamaşaçıları heyran edib.

Nəticədə Eldar və Anna çempionatın qızıl medalına layiq görülüblər. Gümüş medal avstriyalı duetə, bürünc medal isə rusiyalı cütlüyə nəsib olub.

Qeyd edək ki, Eldar Cəfərov və Anna Sajina bundan öncə peşəkarlar arasında on rəqs üzrə Dünya çempionu və Avropa çempionu tituluna layiq görülüb, dünyanın müxtəlif ölkələrində bir sıra digər rəqs turnirlərinin qalibləri, həmçinin “Eurovision”nın rəqs müsabiqəsinin iştirakçısı olublar. Eldar Cəfərov və Anna Sajina həmçinin Azərbaycanda Peşəkar Rəqs Birliyinin yaradıcılarıdır.

Son xəbərlər