Pauerliftinq üzrə dünya ikincisini qətlə yetirmiş azərbaycanlı idmançı tutuldu (VIDEO)
21
avq
2017
10:13
2011-ci il pauerliftinq üzrə dünya çempionatının 120 kq dərəcəsində gümüş medalçısı, rusiyalı Andrey Draçovu dünən Xabarovsk şəhərində döyərək ölümünə səbəb olmuş azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov saxlanılıb. “Qovorit Moskva” radiostansiyası məlumat yayıb ki, polisin təşkil etdiyi genişmiqyaslı axtarış tədbirləri nəticəsində A.Draçovun qətlə yetirilməsində şübhəli bilinən şəxs tutulub. Azərbaycanlı idmançının hansı şəraitdə saxlanılması barədə məlumat verilmir. Pauerliftinq üzrə dünya ikincisi, rusiyalı Andrey Draçov dünən Xabarovskda qətlə yetirilib. 32 yaşlı Andrey Draçov 2011-ci ildə pauerliftinq üzrə dünya çempionatında gümüş medal alıb. 2015-ci ildə Uzaq Şərq üzrə mütləq kateqoriyada birinci olub. 2017-ci ildə “Ekstremal bodibildinq” üzrə Primorye diyarının açıq çempionatının qalibi adını qazanıb. Andrey Draçyovu öldürməkdə şübhəli bilinən şəxs Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur. virtualaz.orgBAKU.WS
Oxşar xəbərlər
Gəcə klubunda qızı döyən azərbaycanlı dünya çempionu danışdı: "O qıza sözümü dedim"
Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava saldığına dair xəbərlərə münasibət bildirib. BAKU.WS-in məlumatına görə, 26 yaşlı idmançı report-a...