"Türk Dünyası Həftəsi"nin iştirakçıları qəbul etdikləri Xankəndi Bəyannaməsində İlham Əliyevə təşəkkür ediblər
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini özündə əks etdirən Xankəndi Bəyannaməsini hazırlayaraq yekdilliklə qəbul ediblər.
Bu barədə BAKU.WS-ə Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib.
Məlumata görə, Bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyevə yubiley tədbirlərinin keçirilməsi təşəbbüsünə, müvafiq Sərəncamın imzalanmasına, türk dünyası əməkdaşlığının inkişafına göstərdiyi daimi diqqətə, eləcə də tədbirlərin Bakı və Xankəndi şəhərlərində yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlıq ifadə olunub.
Sənəddə, həmçinin "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladıqları təbrik müraciətlərinə görə türk dövlətlərinin başçılarına təşəkkür bildirilib.
Oxşar xəbərlər
"Avroviziya" tarixində yenilik: Bu ölkə 2027-ci ildə yarışmaya qoşulur!
"Avroviziya Mahnı Müsabiqəsi" öz coğrafi sərhədlərini genişləndirməyə davam edir. BAKU.WS xəbər verir ki, təşkilatçılar rəsmi olaraq Kanadanın da 2027-ci ildən...