Kirayə mənzillər bu ərazilərdə UCUZLAŞIB

Kirayə mənzillər bu ərazilərdə UCUZLAŞIB
Açıqlama
Sosial 107

"Yay mövsümündə kirayə mənzil bazarında genişmiqyaslı ucuzlaşmadan danışmaq doğru deyil. Əvvəlki illərdən fərqli olaraq, tələbələrin əksəriyyəti yay aylarında kirayədə qaldıqları mənzilləri təhvil vermirlər".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, əsas səbəb sentyabrda qiymətlərin yenidən bahalaşacağını gözləmələri, həmçinin Bakıda işləmələri, yay kurslarında iştirak etmələri və ya kirayə haqqını öz aralarında bölüşərək mənzili saxlamağa üstünlük vermələridir:

"Bunun nəticəsində bazarda qiymət artımının tempi zəifləyir və müəyyən sabitlik yaranır. Ayrı-ayrı hallarda isə mənzil sahibi sentyabradək gözləmək istəmədikdə evi 5-10 faiz daha aşağı qiymətə təklif edə bilər. Lakin bu, ümumi bazarı əhatə edən tendensiya deyil, yalnız fərdi qərarlardan irəli gələn istisna hallardır.

Nisbi qiymət enməsi ehtimalı daha çox tələbə kirayələrinin üstünlük təşkil etdiyi Yasamal və Binəqədi rayonlarında müşahidə oluna bilər. Eyni zamanda Nizami, Qaradağ və Sabunçu rayonlarının bəzi hissələrində də ayrı-ayrı endirim halları mümkündür. Bununla belə, bu ərazilərdə belə kirayə bazarının ümumi ucuzlaşdığını söyləmək üçün əsas yoxdur.

Ümumilikdə daşınmaz əmlakın yüksək investisiya cəlbediciliyi kirayə qiymətlərinin aşağı düşməsinə imkan vermir. Yay aylarında ən real ssenari qiymətlərin mövcud səviyyəsini qoruması və yalnız artım tempinin zəifləməsidir".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər