SİZİN REKLAM BURADA!
055 213 76 73


Qorqudun ifasında “Bridges in the dark” mahnısı təqdim olunub.

BAKU.WS xəbər verir ki, “Bridges in the dark” mahnısı "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təqdim edilən 6 namizəd ifadan biri olub.

"Bridges in the dark" mahnısı qaranlığa işıq saçan sönməyən ümidlər haqqında bir balladadır. Mahnıda sevgi ölçüsündən asılı olmayaraq hər körpünü aşa bilmə bacarığı, bu arzu üçün çırpınmağa qanadlandıran əsas ilham mənbəyidir. Sözləri həyatda qovuşa bilməyənlərin ömründə körpülərə çevrilən insanların olmasından bəhs edir.

Mahnının bəstəsi Qorquda, sözləri Nurlana Cəfərovaya aiddir. Aranjiman Əzim Qarayev və Rüstəm Rzayev, səs rejissoru Rüstəm Rzayev, bekvokal prodüseri Mila Milesdir. Bekvokalı Mado Salikh ifa edir.

Layihənin rəhbəri Nurlana Cəfərovadır. Quruluşcu operator və dron operatoru Faiq Şirinbəyli, operator Zeynal Əkbər, montaj və rəng korreksiyası Rəşad Həsənov, operator assistenti Ramin Ağayev, stilist Şamxal Ramazanlı, qrim Em Adgezalli, rəqqaslar “Nero Dance Crew” - Kamil Bayramov və Sara İsmayılovadır.

Qeyd edək ki, Qorqud (Elvin Novruzov) 1992-ci ildə Gəncə şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olur. 2015-ci ildə Azərbaycanda ilk dəfə keçirilən lisenziyalı “The Voice of Azerbaijan” layihəsinə qatılaraq yarımfinaladək yüksəlib. 2016-cı ildə öz yeni “Hypnotize” adlı mahnısını Ukraynanın Perşi kanalının yeni il efirində təqdim edib. 2018-ci ildə “Dərdverən”, “Qalib ol” adlı mahnılarını təqdim edib. 2019-cu ildə Gürcüstanda keçirilən “Wonderland Georgia Song Fest” adlı musiqi festivalında vokal üzrə birinci yeri tutub. Həmin ildə “Qış Nağılı” filminin “Nağıllar” adlı əsas saundtrekini bəstələyib. 2020-ci ildə “Evim sənsən” adlı növbəti mahnısını reliz edib. 2022-ci ildə Qorqud səhnə adına keçid edərək yeni həyatında böyük rol oynayan “Bağışla” adlı mahnısını təqdim edib. Həmin ildə “Baxma” adlı başqa bir mahnısı da təqdim olunub.

2023-cü ildə Aygün Kazımovanın “Qoy işığı söndürüm” mahnısını Nərmin Kərimbəyova ilə yenidən ifa edib. Həmin ildə Azərbaycanı Belarusda keçirilən "Slavyan bazarı" adlı musiqi festivalında təmsil edib.

BAKU.WS
VİDEO

QALEREYA