Yaşasaydı, 26 yaşı olacaqdı - 700 bala universitetə daxil olan, evin tək övladı şəhid Müşfiq

Bu gün Aprel şəhidimiz Müşfiq Orucovun doğum günüdür.
BAKU.WS xəbər verir ki, aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhid Müşfiq Orucov yaşasaydı, 26 yaşını qeyd edəcəkdi.
Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompüter texnikası fakültəsinə qəbul olub. Evin tək övladı idi.
Orucov sonuncu dəfə 2016-cı ilin yanvarında valideynlərlə görüşüb. Aprel ayında isə qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, M.Orucov Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında torpağa tapşırılıb. Tabuta sarılan döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub.
Oxşar xəbərlər
Əri və qardaşı şəhid olan məşhurlar - Nanə, Elariz, Nadir, Təranə,.. - FOTO
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabiti ilə 5 saat tə...