Xalq artisti İlhamə Quliyevanın vida mərasiminə küsülü olduğu həmkarı Elza Seyidcahan da qatılıb. 

BAKU.WS məlumat verir ki, müğənni jurnalistlərə açıqlamasında İlhamə Quliyevanı bağışladığını deyib:

"Aramızda yaşanan anlaşılmazlıqlara baxmayaraq bu gün buraya gəlməyi özümə borc bildim. Ağ çiçəkləri çox sevirdi deyə ona bu çiçəkləri aldım. "Ağ çiçəyim”ə bəstələdiyim mahnı da bərabər ifa etmişdik. Bütün olanlara baxmayaraq onu bağışlamışam. Mənə qarşı haqsızlıqlar etsə də haqqımı ona halal edirəm. İstəmirəm o dünyada Allah onu mənə görə sorğu-suala etsin".
 
Ayşən Ayxan 
BAKU.WS
 
Qeyd edək ki, video "Qafqazinfo"ya məxsusdur.