SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Türkiyə Silahlı Qüvvələrinə məxsus "Fırtına” adlı tankları Suriya sərhəddinə yeridib.

BAKU.WS
-in məlumatına görə, tankların sərhəddə yerləşdirilməsinin əsas məqsədi Suriyadan Türkiyəyə gələ biləcək təhlükənin qarşısı almaq və ərazini tam nəzarətdə saxlamaqdır.

T-155 tipli "Fırtına” tankları vasitəsilə 40 kilometrə qədər məsafəni tam dəqiq vurmaq mümkündür. Həmin tanklar istər düzəngahda, istərsə də qumlu ərazilərdə rahat hərəkət etmək qabiliyyətinə malikdir.


Tanklar gülləkeçirməyən zirehlə təchiz olunub. Üzərindəki top avtomat doldurma sistemilə təchiz edilib. Bununla da, bir dəqiqədə 6-8 dəfə top atəşi açmaq mümkündür. Ümumi çəkisi 20 tondur. Tank 5 nəfərlikdir. Orada bir komandir, bir sürücü, bir nişançı, onun köməkçisi və güllə dolduran var. Naviqasiya sistemilə təchiz olunduğu üçün gecələr də rahat hərəkət edə bilir.

Ziya Babayev
BAKU.WS