Daha bir metrostansiya təmirə bağlanacaq

12
sen
2019
14:14
Daha bir stansiyanın təmirə bağlanması gözlənilir.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.O bildirib ki, gələcəkdə “Nizami” metrostansiyasında təmir-bərpa işləri aparılacaq:“Növbəti təmir işlərinin 2026-cı ildə “Nizami” stansiyasında olacağı gözlənilir. Stansiyada zəruri olan bütün infrastrukturlar yenilənəcək.Stansiyada bir sıra yüngül tədbirlər görülüb, platformada, eləcə də, divarlarda orijinallığı qorumaqla Nizaminin əsərləri üzərində işlər aparılıb.Lakin eskalatorların istismar müddəti bitmədiyi üçün təmir işləri hələ başlanmayıb.Hazırda sərnişinlərin ixtiyarında olan eskalatorların istismar müddəti 2026-cı ildə bitdiyi və stansiya bir giriş-çıxışlı olduğu üçün, təmir işləri başa çatana qədər stansiya bağlana bilər”.
Oxşar xəbərlər
"Xətai" stansiyası sərnişinlərin ixtiyarında - VİDEOREPORTAJ
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib.BAKU.WS xəbər verir ki, 50 ildən sonra təmir edilmiş...