“Xətai” stansiyası açıldı - VİDEO

12
sen
2019
11:24
“Bakı Metropoliteni”nin “Xətai” stansiyasının təmirdən sonra açılışı olub. Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.Onun sözlərinə görə, metronun “Şah İsmayıl Xətai” adına stansiyası artıq sərnişinlərin istifadəsinə verilib. Qeyd edək ki, “Bakı metropoliteni”nin “Xətai” stansiyası ötən il sentyabr ayının 27-də təmirə bağlanmışdı. Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb.

Oxşar xəbərlər
"Xətai" stansiyası avqustda istifadəyə veriləcək
"Bakı Metropoliteni"nin "Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəh...
