"Xətai" stansiyası avqustda istifadəyə veriləcək

02
iyl
2019
16:51
"Bakı Metropoliteni"nin "Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.Qurum rəsmisinin sözlərinə görə, artıq stansiyada eskalatorlar quraşdırılıb:"Eskalatorların sazlanması prosesi başa çatıb. Hazırda eskalatorların tənzimlənməsi və sınaq işləri aparılır. Stansiyanın avqust ayı ərzində istifadəyə verilməsi gözlənilir", - deyə B.Məmmədov bildirib.
Oxşar xəbərlər
"Xətai" stansiyasının açılacağı tarix məlum oldu
Bakı metrosunun təmirə bağlanan “Xətai” stansiyasında işlər avqust ayının 10-da başa çatacaq.Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar...
