"Xətai" stansiyasının açılacağı tarix məlum oldu
 
                            
                            
                                23
                                apr
                            
                                2019
                                12:20
                            
                            
                        Bakı metrosunun təmirə bağlanan “Xətai” stansiyasında işlər avqust ayının 10-da başa çatacaq.Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.Onun sözlərinə görə, stansiyada təmir işləri avqustun 10-da yekunlaşsa da, onun açılışı təxminən 1 həftə ərzində reallaşacaq.“Hardasa stansiyanın açılışı avqust ayının ortalarında baş tutacaq. Bu da, təmirdən sonra yoxlama işlərilə bağlıdır”, - deyə qurum rəsmisi bildirib.B.Məmmədov deyir ki, stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb.“Eskalatorlar artıq quraşdırlıb. Hazırda sazlanma işləri davam edir”.Ziya SƏCCAD
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
SON DƏQİQƏ – Bakı metrosunda həyəcanlı anlar (YENİLƏNIB)
“Sahil” stansiyasının eskalatorunda baş verən qəzanın səbəbi məlum olub.Metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib k...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    