SON DƏQİQƏ – Bakı metrosunda həyəcanlı anlar (YENİLƏNIB)
04
yan
2019
14:26
“Sahil” stansiyasının eskalatorunda baş verən qəzanın səbəbi məlum olub.Metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, sərnişinlərdən biri eskalatorun təhlükəsizlik fırçasına toxunub.“Bu stansiyada eskalatorlar yenidir və çox həssasdırlar. Onlara kiçik maneə toxunduqda belə dərhal eskalator dayanır. Sərnişinlərdən biri ayaqqabısını təhlükəsizlik fırçasına toxunduraraq, onları təmizləmək istəyib. Nəticədə eskalator dayanıb”, - deyə B.Məmmədov bildirib.Qurum rəsmisi bir daha sərnişinlərdən ehtiyatlı olmağı xahiş edib.***12.44Bakı metrosunda həyəcanlı anlar yaşanıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, metronun “Sahil” stansiyasında eskalator qəfil dayanıb. Bu zaman stansiyadan çıxan sərnişinlər panika yaşayıblar.Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, “Sahil” stansiyasında 3-cü eskalator qəfil dayanıb.“Dərhal digər eskalator işə salınıb. Araşdırmalardan sonra hadisənin səbəbi məlum olacaq”, - deyə B.Məmmədov bildirib.Hadisə zamanı xəsarət alan olmayıb.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda həyəcan – Sərnişinlər qatardan boşaldıldı - VİDEO
Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.BAKU.WS xəbər verir ki, metronun “Dərnəgül” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət...