"Xətai" stansiyası sərnişinlərin ixtiyarında - VİDEOREPORTAJ

Xətai stansiyası sərnişinlərin ixtiyarında - VİDEOREPORTAJ
Foto Video
Sosial 3196
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib.BAKU.WS xəbər verir ki, 50 ildən sonra təmir edilmiş stansiya artıq sərnişinlərin istifadəsinədir."Bakı Metropoliteni" ilk dəfə olaraq stansiyaya gedən yolda dəmir beton bloklardan istifadə edib. Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb.Qeyd edək ki, ilk dəfə 1968-ci ilin fevralın 22-də açılmış "Xətai" stansiyası ötən il sentyabrın 27-də təmirə bağlanmışdı.Orxan Hüseyn

Oxşar xəbərlər

“Xətai” stansiyası açıldı - VİDEO

“Xətai” stansiyası açıldı - VİDEO

“Bakı Metropoliteni”nin “Xətai” stansiyasının təmirdən sonra açılışı olub. Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat veri...

1028 Sosial 11:24 12 sentyabr 2019

Son xəbərlər