VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın ilk LGBT jurnalı "Minority" Bakı küçələrində qeyri-adi videosorğu keçirib.
 
BAKU.WS-in məlumatına görə, vətəndaşlara "Övladınız gey və ya lesbian olsa nə edərdiniz?" sualı ünvanlanıb. Təbii ki, bu gözlənilməz suala paytaxt sakinləri təəccüblü cavab veriblər. 
 
Bəzi insanlar suala kəskin cavab verib. Həttə bir neçə şəxs bu cür hadisə ilə rastlaşdığı təqdirdə qızını və oğulunu övladlıqdan rədd edə biləcəyini söyləyir. Ancaq "övladıma sahib çıxaram" deyənlər də az olmayıb. İnsanların çoxuı övladın cinsi azlıq olmasının əsas səbəbini ailə tərbiyyəsində görür. 
 
Mentaliteti bəhanə gətirənlər isə övladlarını öldürə biləcəklərini deyirlər. Tam əksinə, uşağının bu seçiminə hörmətlə yanaşanlar da var. 

BAKU.WS