Bakıda qeyri-adi sorğu: "Övladınız gey və ya lesbian olsa nə edərdiniz?" (VİDEO)

Bakıda qeyri-adi sorğu: Övladınız gey və ya lesbian olsa nə edərdiniz? (VİDEO)
Video
Şou-biznes 2289

 

Azərbaycanın ilk LGBT jurnalı "Minority" Bakı küçələrində qeyri-adi videosorğu keçirib.

BAKU.WS-in məlumatına görə, vətəndaşlara "Övladınız gey və ya lesbian olsa nə edərdiniz?" sualı ünvanlanıb. Təbii ki, bu gözlənilməz suala paytaxt sakinləri təəccüblü cavab veriblər. 

Bəzi insanlar suala kəskin cavab verib. Həttə bir neçə şəxs bu cür hadisə ilə rastlaşdığı təqdirdə qızını və oğulunu övladlıqdan rədd edə biləcəyini söyləyir. Ancaq "övladıma sahib çıxaram" deyənlər də az olmayıb. İnsanların çoxuı övladın cinsi azlıq olmasının əsas səbəbini ailə tərbiyyəsində görür. 

Mentaliteti bəhanə gətirənlər isə övladlarını öldürə biləcəklərini deyirlər. Tam əksinə, uşağının bu seçiminə hörmətlə yanaşanlar da var. 

BAKU.WS

Oxşar xəbərlər

Türkiyədə fətva: "Atanın qızına şəhvət duyması haram deyil"

Türkiyədə fətva: "Atanın qızına şəhvət duyması haram deyil"

Türkiyə Dəyanət İşləri Vəqfinin rəsmi saytında "Atanın öz qızına qarşı şəhvət hissi duyması haramdır?" sualına verilən cavab səs-küyə səbəb olub. BAKU.WS məlum...

2902 Şou-biznes 11:28 09 yanvar 2016

Son xəbərlər