SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Mayonez düzəltmək əslində almaqdan daha asandır. Hazırlanması asan yeməsi isə zövqlüdür.

Salatlara çox yaraşan asan mayonezin reseptini BAKU.WS sizinlə paylaşır:

1 yumurta 
1 stəkan maye yağ (ya da zeytun yağı) 
1 çimdik duz
1 çay qaşığı limon suyu 
1 qaşıq qaynar su

Otaq temperaturundaki yumurtanı dərin və təmiz bir qaba sındırın.Üzərinə duz,limon suyu və qaynar suyu sürətlicə əlavə edib çırpın,köpük köpük olacaq.Maye yağı ip kimi incə-incə axıdaraq heç dayanmadan çırpmağa davam edin.Bir dəqiqəyə bərkiməyə başlayacaq. Yaxşıca qatılaşanda mayoneziniz hazırdır.Evdə hazırlanan mayonezi ən çox 2 və ya 3 gün ərzində istifadə edin. 

Nuş olsun!
 
Aysel Selcan 
BAKU.WS.