Telefon beyin xərçəngi riskini artırır? - Alimlərin cavabı

Telefon beyin xərçəngi riskini artırır? - Alimlərin cavabı
Şou-biznes 15

Alimlər telefonlardan istifadənin xərçəng riskinə necə təsir etdiyini açıqlayıb.

BAKU.WS lent.az-a istinadən bildirir ki, bir qrup aropalı alim simsiz rabitənin uşaqlarda və böyüklərdə beyin şişlərinin inkişaf ehtimalına təsirini öyrənmək üçün "MOBI-KIDS" adlı geniş tədqiqat aparıb.

"MOBI-KIDS" araşdırması 2010-2015-ci illər arasında 14 ölkədə aparılıb. Buraya beyin şişi diaqnozu qoyulmuş 10-24 yaş arası 898 xəstə, habelə nəzarət qrupundan 1912 nəfər daxil edilib.

Tədqiqat iştirakçıları müxtəlif mobil cihazların istifadəsinin tezliyi və müddətini bildirən anketləri doldurublar.

Məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, gənclərdə mobil və simsiz stasionar telefonlardan istifadə beyin şişlərinin inkişaf riskinin artması ilə əlaqəli deyil. Bu, simsiz rabitə və sağlamlıq arasındakı əlaqəni anlamaq üçün əlavə sübutlar tələb edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk yardım

Uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk yardım

Valideynlər bilməlidirlər ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də, mütləq olaraq hər hansı bir xəstəliyin əlaməti deyil. BAKU.WS “milli.az”a istina...

5395 Şou-biznes 23:27 15 noyabr 2022

Son xəbərlər