SİZİN REKLAM BURADA!
055 213 76 73



Martın 10-da Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev 20-ci Polis Bölməsinə müraciət edərək martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyülməsini, 1900 manat pulunun və avtomobil açarının alınmasını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb.

Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS