Bakıda “London Taxi”si qarət olundu

Bakıda “London Taxi”si qarət olundu
Hadisə 1249
Sentyabrın 18-də saat 6 radələrində 2 naməlum şəxs taksi sürücüsünü qarət edib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Nəsimi rayonunun M.Əliyev küçəsində qeydə alınıb.Həmin küçədə dayanan “London Taxi” markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçıblar.Sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçıblar.Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan Mehman Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vitaliy Zeynalov saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda evə soxularaq qadına zor tətbiq edən şəxs tutuldu

Bakıda evə soxularaq qadına zor tətbiq edən şəxs tutuldu

Sentyabrın 10-da Nəsimi rayonu ərazisindəki evlərdən birinə girmiş naməlum şəxs ev sahibəsinə zor tətbiq edərək mobil telefonunu aparıb.Daxili İşlər Nazirliyini...

997 Hadisə 17:27 11 sentyabr 2018

Son xəbərlər